Ukrayna ordusunun 45 müdafiəçisi Rusiya əsirliyindən azad edilib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak teleqram kanalında məlumat verib.
O bildirib ki, onların hamısı 9 il əvvəl Azov sahillərində yaradılan bölmənin Milli Qvardiyaçılarıdır.
"35 sıravi və çavuş, 10 zabit", - deyə Yermak qeyd edib.