Qaradəniz - keçmişin mirası və təbiətin gözəlliyinin qovuşduğu yer

DÜNYA
16:31 / 08.05.2023
559
Pontosdan Romaya, Bizans, Səlcuqlu və Osmanlıya qədər Qara dəniz bölgəsi əsrlər boyu mühüm sivilizasiyalara ev sahibliyi etmişdir. Monastırları, kilsələri, tarixi malikanələri, qalaları, minilliklərə aid yaşayış məskənləri və qaya məzarları ilə zəngin tarixə malik olan bu coğrafiyada onlarla görməli yer var. Qədim irsi və ecazkar təbiəti ilə seçilən Qara dəniz bölgəsində ziyarət edəcəyiniz tarixi ərazilər sizi başqa bir dünyaya aparacaq.
 
Gəlin Qaradəniz bölgəsində tarixin kəşfinə çıxaq!
 
Pompeiopolis, Kastamonu
 
Pompeiopolis, 19-cu əsrin əvvəllərində Kastamonu Taşköprü yaxınlığında yerləşən Zımbıllı Təpənin qalıqları ilə eyniləşdirilən qədim Paflaqoniyadır. Şəhər Gök çayı vadisində yerləşir. Pompeiopolis Roma sərkərdəsi Böyük Pompeyin eramızdan əvvəl 64-cü ildə Şimali Anadoluda Pontus Krallığını fəth edərkən qurduğu yeddi şəhərdən biridir. Eramızın 2-ci əsrində ən yüksək çağını yaşayan bu şəhər Roma Paflaqoniya vilayətinin paytaxtı idi, çünki bəzi yazılarda "Paphlagonia Metropolis" adına rast gəlinir. Sonuncu qazıntılar zamanı ərazidə sütunlu küçə, qədim yol, teatr və türbələr aşkar edilmişdir. Burda insanlıq tarixinin kəşfinə çıxa biləcəksiniz. 
 
Alacahöyük, Çorum
 
Alacahöyük Çorumdan 50 km cənub-qərbdə, indiki Alaca mahalı sərhədləri daxilində yerləşir. Ərazidə əsrimizin əvvəllərində başlayan qazıntılar hələ də davam edir. Bura Xetlilərin əsas mədəniyyətini formalaşdıran, Orta Anadolunun yerli sakinləri olan Hattilərin şəhəridir. Ərazidə aşkar edilən qəbirlərdən Alacahöyükün diqqətçəkən tapıntıları üzə çıxarılmışdır. Alimlər bu əsərlərin zənginliyinə əsaslanaraq məzarları "padşah məzarları” adlandırmışlar. Tapıntılar bəlkə də ən qədim Tunc dövrü sivilizasiyasını əks etdirir və Ankara Anadolu Mədəniyyətləri Muzeyində sərgilənir.
 
Hattuşa (Hitit İmparatorluğu'nun Başkenti), Çorum
 
Yazılıkaya, Çorum
 
Hattuşa və ya indiki adı ilə Boğazkale, Mərkəzi Anadoluda məhsuldar bir vadidə yerləşir. Çorumdan 85 km məsafədədir, e.ə. II minillikdə Hetlərin paytaxtı olmuşdur. Məbəd və saray xarabalıqları, monumental heykəlləri və təntənəli qapıları və tunelləri, nəhəng istehkamları olan bu qədim şəhərin yerləşməsi onun vaxtilə böyük imperiya xalqının məskəni olduğunu təsdiqləyir. Yazılıkayada açıq səma altında qaya məbədinin divarlarına həkk olunmuş tanrı və tanrıça silsiləsi araşdırılaraq, bu insanların inancları haqqında çox bilgi öyrənilmişdir. 
 
Qazıntılar göstərdi ki, ərazidə hələ e.ə. 5-ci minillikdə ilk məskunlaşma olmuşdur. Burda aşkar edilən minlərlə het lövhəsi bugünə qədər məlum olan antik tarix bilgilərini dəyişdirdi. Het mətnləri ilk dəfə deşifrə edildikdə, alimlər onların e.ə. 2-ci minilliyin əvvəlləri tarixə naməlum olan bir imperiyaya aid olduğunu anlayıblar. Düşünün, söhbət Misir və Aşşur Babil krallıqları ilə rəqabət apara biləcək bir imperiyadan gedir...
Bu antik şəhərdə tarixin kəşfinə çıxa biləcəyiniz yerlər bunlardır: böyük məbəd, Aslan qapısı, Yerkapı və ya Sfinks qapısı, Krallar qapısı, dəfn otaqları və Frig qalası, Böyük Saray və yaxşı inşa edilmiş digər qalalar. Həm Boğazkale, həm də Çorum Muzeylərini ziyarət etmək, bölgəni kəşf etməyiniz üçün çox faydalı olacaqdır.
 
Sapinuva, Çorum
 
Sapinuva, Çorumdan 70 km cənubda, Ortaköy qəsəbəsi yaxınlığında yerləşir. Hitit şəhəri Özderesi vadisinin şimal yamaclarında yerləşən düz və geniş yaşayış məntəqəsidir. Sapinuvanın strateji mövqeyi xüsusilə vacibdir. Şəhəri əhatə edən dağlar, Amasya düzündə terraslar şəklində yüksələn yayla və 5 km-ə qədər uzanan istehkamlar sayəsində şəhər çox rahat şəkildə müdafiə oluna bilirdi.
 
Hetit şəhəri olan Sapinuvanın xarabalıqlarının tapılması tarix üçün böyük sürpriz oldu. 1990-cı ildən bu ərazidə arxeoloji tədqiqatlar aparılsa da, Sapinuvanın Het hakimiyyəti dövründə oynadığı rol və əhəmiyyətə dair bir çox məsələlər sirr olaraq qalmağa davam edir. Sapinuvada qazıntı aparan tədqiqatçılar onun Hetitlərin ikinci paytaxtı və ya hökmdarların kral iqamətgahı olduğunu iddia edirlər. Ərazidə indiyə qədər edilən ən qiymətli kəşf e.ə. 2-ci minilliyə aid üç mindən çox gil lövhədən ibarət kolleksiyadır. Sapinuva ziyarətçiləri erkən Hetit şəhəri, məbədlər, evlər və sarayların təməllərini seyr edəcək, və ərazidə fərqli yerlərdən tapılan gil qabların ahəngindən zövq alacaqlar. Tapıntıların əksəriyyəti Çorum Muzeyində sərgilənir.
 
Qara dəniz ekskursiyaları sadaladıqlarımızla bitmir, bölgəni canlı gözlərlə kəşf etmək sizə fərqli səyahət təcrübəsi yaşadacaq. Özəlliklə ənənəvi istirahət formalarından yorulmusunuzsa bu təcrübədən yararlanın. Səyahət planınızı ümumilikdə bütün Qara dəniz regionunu əhatə edəcək şəkildə qura bilər, yaxud ayrı-ayrı bölgələrin təklif etdiyi sərgüzəşt imkanlarından yararlana bilərsiniz: Şərqi Qara Dəniz Bölgəsinin təbiəti və tarixi, Mərkəzi Qara dənizin mədəni irsi və təbiəti, qədim küçələr, şəlalələr və Qərbi Qara Dəniz Bölgəsinin bir çox gözəllikləri sizə ayrı-ayrılıqda çox əyləncəli, məlumatlandırıcı və məmnunedici səyahətlər təklif edir.
0