Putin sanksiyalardan yan keçmək üçün bu ölkələrdən istifadə edir - SİYAHI

DÜNYA
20:49 / 08.05.2023
618

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda Almaniyadan MDB ölkələrinə bəzi kateqoriyalı mallar üzrə ixrac ikiqat artıb.

HİT.az xəbər verir ki, "Bild"in Almaniya Federal Statistika İdarəsinin məlumatlarına istinadən verdiyi məlumata görə, 2022-ci ildə alman mallarının Tacikistana tədarüklü əvvəlki illə müqayisədə 150%, Belarusa 77%, Qırğızıstana 994% artıb.

Materialda deyilir ki, sanksiyalardan yayınaraq paralel idxalla Rusiyaya çatdırılmalardan danışmaq olar. Qazaxıstana kimya məhsullarının ixracının artımı 129%, Ermənistana 110% təşkil edib. Ermənistana alman elektrik avadanlıqlarının tədarükü 344%, Özbəkistana 105% artıb. Həmçinin Qazaxıstana metal məmulatlarının ixracında 137%, geyim ixracında isə 88% artım qeydə alınıb.

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin hesablamalarına görə, 2022-ci ildə Almaniyadan Qazaxıstana avtomobil və avtomobil hissələrinin ixracı 507%, Ermənistana isə 761% artıb. 

“Bild” xəbər verir ki, Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sullivan artıq ölkədən MDB-yə mal tədarükünün artırılmasına diqqət yetirib.

Samir

0