İqtisadçı Subran yeni maliyyə fəlakəti barədə xəbərdarlıq edir.
Almaniyanın "Allianz" sığorta şirkətinin baş iqtisadçısı Lüdovik Subran investorlara yeni maliyyə fəlakəti təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə "Bloomberg" məlumat yayıb.
Mütəxəssisin fikrincə, aktivlərin qiymətləri sürətlə aşağı düşəcək, çünki əvvəllər onları kreditlə almış investorlar borc yükünün öhdəsindən gələ bilməyəcəklər.
Subran həmçinin qeyd edib ki, ABŞ-ın regional banklarındakı vəziyyət ciddi narahatlıq doğurur. Mütəxəssis bank olmayan maliyyə vasitəçilərinin problemlərini də qeyd edib. Bunlar hedc fondları və pensiya fondlarıdır.//Publika.az