ABŞ-da keçiriləcək prezident seçkilərində kim öndədir? - SORĞU

DÜNYA
13:17 / 10.05.2023
511

ABŞ-da gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı növbəti sorğu keçirilib.

HİT.az xəbər verir ki, "Vaşinqton Post" və "ABC News" tərəfindən əhali arasında sorğu keçirilib.

Sorğuda mövcud Prezident Co Bayden əsas rəqibi Donald Trampdan 7 faiz az səs toplayıb. Hazırda 38 faiz səs toplayan Baydeni, Tramp 44 faiz səslə qabaqlayıb. O, həmçinin Floridanın qubernatoru Ron DeSantisinlə qarşılaşdığı anketdə 37 faiz səs toplayıb. Bayden sözügedən anketdə də rəqibindən 5 faiz az səs yığıb. 

Vurğulanıb ki, Co Baydenin reytinqi son 2 ayda 6 faiz azalıb. Bununla yanaşı, ABŞ Prezidentinə güvənən əhalinin faiz nisbəti 32 faiz təşkil edib. 2020-ci ildə isə həmin rəqəm 51 faiz idi.

Pərviz

0