Güzəşt kömək etmədi: Pakistan neftin pulunu dollarla ödəmək istəmir

DÜNYA
18:24 / 10.05.2023
431

Pakistan Rusiya neftinin alınması ilə bağlı uzunmüddətli sövdələşmədə maraqlıdır, lakin ilk partiyanın ABŞ dolları ilə ödənilməsinə baxmayaraq, daha çox Çin valyutasına üstünlük verir.

HİT.az xəbər verir ki, "Bloomberg" yazır.

Energetika naziri Xürrəm Dəstgir Xan bildirib ki, Pakistan Çinlə valyuta mübadiləsi sazişi imzaladığı üçün bundan sonra da yuanla alış-veriş etmək istəyir.

"Ümid edirik ki, bu, uzunmüddətli sövdələşməyə çevrilərsə, o, rupi və Çin valyutasında olacaq. Və bəlkə də, bu valyuta mübadiləsi daha da genişlənməlidir ki, yarana biləcək digər imkanlardan yararlanaq", deyə nazir bildirib.

Güzəştli satılan Rusiya neftinin ilk yükü bir ay ərzində Pakistana çatacaq.

Qeyd edək ki, neft və enerji məhsulları Pakistanın bütün idxalının maya dəyərinin əsas hissəsini təşkil edir. 16 dekabr 2022-ci ildə Pakistanın neft naziri Musaddik Malik Rusiyanın Pakistan üçün neftin qiymətini aşağı saldığını açıqlayıb. Pakistanın Rusiya neftini endirimlə alacağı bildirilirdi.

20 aprel 2023-cü ildə Pakistan ilk dəfə endirimli Rusiya nefti alıb. Bildirilib ki, Pakistan təmizlənmiş yanacaq deyil, yalnız neft alacaq. İlk sövdələşmə problemsiz keçərsə, idxalın sutkada 100.000 barelə çatacağı gözlənilir.

Samir

0