Qərb Ukraynaya yardımı dayandırsa, müharibə bitəcək, amma... - Borrell

DÜNYA
17:03 / 10.05.2023
676

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Qərb Kiyevə hərbi yardımı dayandırarsa, Ukrayna bir neçə gün ərzində təslim olacaq.

HİT.az xəvər verir ki, Borrel "La Sexta"ya müsahibəsində belə bir ssenarinin heç bir halda seçim olmadığını deyib.

"Mən müharibəni dərhal necə bitirəcəyimi bilirəm: Ukraynaya hərbi yardımı dayandırıram və Ukrayna bir neçə günə təslim olur. Və müharibə bitdi. Bəs müharibə necə bitəcək? Ukrayna Belarus kimi azadlıqlarından məhrum edilmiş marionet ölkəyə çevriləcək. Biz müharibəni bitirmək istəyirik?” deyən diplomat sual edib.

Borrell vurğulayıb ki, buna görə də Ukraynaya kömək etməyə davam edilməlidir. O, həmçinin Ukrayna və Rusiya əsgərlərinin müharibədə həlak olmasından narahatlığını ifadə edib.

Qeyd edək ki, mayın 3-də Avropa İttifaqı səfirləri Ukrayna üçün 1 milyard avroya sursat alınması mexanizmini razılaşdırıblar. Söhbət Ukrayna üçün mərmi alacaq 18 ölkədən gedir.

2022-ci il dekabrın 11-də Avropa İttifaqı Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək qərarına gəlib. 2023-cü ilin aprelində Avropa İttifaqı Ukraynaya növbəti 1,5 milyard avroluq makromaliyyə yardımı ayırıb.

Bundan əlavə, may ayının sonuna kimi Aİ ölkələrinin 11 anti-Rusiya sanksiya paketini qəbul edəcəyi gözlənilir.

Samir

0