Moskva erməni tərəfdaşlarından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) missiyasının Ermənistanda yerləşdirilməsi məqsədi ilə əsaslı işi bərpa etmək üçün təşəbbüskar addımlar gözləyir.
HİT.az xəbər verir ki, buunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Diplomat qeyd edib ki, rəsmi İrəvanın KTMT-nı ictimai tənqid etməsi əks effekt verir: “Ermənistan rəhbərliyinin təşkilatın effektivliyini özündən kənarda müzakirə etmək istəyi çaşdırıcıdır, bir halda ki, KTMT bütün lazımi formatlara, qurulmuş qarşılıqlı fəaliyyət kanallarına malikdir və ən əsası, bu təşkilatın üzvləri nəinki bunu dinləməyə, həm də bu istiqamətdə işləməyə hazırdırlar".
"Biz erməni tərəfdaşlardan KTMT missiyasının Ermənistanda yerləşdirilməsi üzrə substantiv işi bərpa etmək üçün təşəbbüskar addımlar və müttəfiqimizə kömək məqsədilə digər birgə tədbirlər gözləyirik. Rusiya tərəfi belə işə hazırdır ki, bunu İrəvan da yaxşı bilir", rəsmi Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Samir