"Yeni vəziyyət yaranacaq, Avropa və Rusiya ilk növbədə bir-birini müdafiə edəcək" - Almaniya prezidenti

DÜNYA
16:01 / 11.05.2023
612

"Ukraynada baş verən hadisələr Avropanın təhlükəsizlik nizamının uzun müddət ərzində məhv edilməsinə səbəb olub".

HİT.az xəbər verir ki, bunu RBB24 radiosuna Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib.

"Təəssüf ki, bu Avropa təhlükəsizlik nizamı artıq yoxdur" deyən Ştaynmayer bunun yeganə səbəbinin hazırda Ukraynada baş verənlər olduğunu bildirib. 

"Və hər kəs mənim yaxın gələcək üçün proqnozumu eşitmək istəmir", deyən Almaniya prezidentinin fikrincə, hətta Ukraynada münaqişəyə son qoyulması köhnə təhlükəsizlik fəlsəfəsinə qayıtmaq demək deyil: “Yeni vəziyyət yaranacaq ki, bir tərəfdən Avropa, digər tərəfdən isə Rusiya ilk növbədə bir-birini müdafiə edəcək”.

Prezident qeyd edib ki, ümumi təhlükəsizlik fəlsəfəsi uzunmüddətli perspektivdə ümumi konsepsiya olmaqdan çıxacaq:

Samir

0