Moskva Kiyevin dronlardan istifadə edərək Kremlə hücum cəhdini Ukraynanı terrorizmin dövlət himayədarları ilə eyni səviyyəyə qoyan qeyri-ciddi addım kimi qiymətləndirir.
HİT.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın ATV telekanalına müsahibəsində Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov iki pilotsuz təyyarə ilə hədəfə alınan Kremlin Rusiya prezidentinin iqamətgahı olduğunu vurğulayıb:
"Əslində biz bunu Rusiya prezidentinə qarşı terror aktı həyata keçirmək cəhdi kimi şərh edə bilərik. Bu, ölkənin tamamilə qəddar və qəbuledilməz terror fəaliyyətidir. Biz hesab edirik ki, bu yolla Ukrayna faktiki olaraq özünü Rusiya prezidenti ilə bərabər tutur. Onlar terrorizmin dövlət himayədarlarıdır. Hətta de-yure deyil, faktiki olaraq..."
Peskov bildirib ki, Rusiya hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün bütün mümkün tədbirləri görür və bundan sonra da görəcək:
"Qeyd etdiyimiz kimi, bu cür addımlara uyğun gördüyümüz cavabı verəcəyik”.
Qeyd edək ki, mayın 3-də Kremlə dron hücumu olub. Rusiya buna görə Ukraynanı ittiham edib. Lakin rəsmi Kiyev iddiaları təkzib edib.
Samir