Prezident Volodimir Zelenski ABŞ-da prezident seçkilərindən sonra Ukraynanın Vaşinqtonun dəstəyini itirə biləcəyi ilə bağlı iddiaları rədd edib.
HİT.az BBC-yə istinadən xəbər verir ki, Zelenski o vaxta qədər ukraynalıların Rusiya ilə müharibədə artıq qalib gələcəyini bildirib.
Belə ki, dövlət başçısı Ukraynanı mümkün qədər dəstəkləyəcəyinə söz verən prezident Co Baydenin 2024-cü ilin noyabrında yenidən seçilməyəcəyi təqdirdə ABŞ-ın dəstəyini itirmək ehtimalı ilə bağlı sualları cavablandırıb.
Zelenski qeyd edib ki, Ukrayna hələ də ABŞ Konqresində təkcə hazırkı prezident deyil, ikipartiyalı dəstək alır:
"Kim bilir ki, seçkilər zamanı harada olacağıq? İnanıram ki, o vaxta qədər biz qalib gələcəyik".
HİT.az