Bu ölkədə Qırmızı Xaç Cəmiyyəti ləğv olundu

DÜNYA
16:42 / 11.05.2023
550

Nikaraqua parlamenti Qırmızı Xaç Cəmiyyətinin yerli bölməsini ləğv edən qanun qəbul edib. 

HİT.az Nikaraqua parlamentinin saytına istinadən xəbər verir ki, onu ölkənin Səhiyyə Nazirliyi yanında dövlət orqanı əvəz edəcək.

“Rəsmi qəzetdə 29 oktyabr 1958-ci ildə dərc edilmiş Nikaraqua Qırmızı Xaç Cəmiyyətini yaradan 357 saylı qanunvericilik fərmanı ləğv edilir”, deyə təsdiq edilmiş qanun layihəsində qeyd olunur.

Sənəddə həmçinin Səhiyyə Nazirliyinə tabe olacaq Nikaraqua Qırmızı Xaç adlı “mərkəzləşdirilməmiş, muxtar qurumun” yaradılması tələb olunur. Qanunda deyilir: "Hazırda Qırmızı Xaç Assosiasiyasına məxsus olan bütün əmlak və aktivlər dövlət mülkiyyətinə çevriləcək".

Nikaraqua Qırmızı Xaç Cəmiyyətinin ləğv edilməsinə səbəb təşkilatın 2018-ci ildə hökumət əleyhinə etiraz aksiyaları zamanı “neytrallıq və qərəzsizlik prinsiplərinə hörmət etməməsi”dir. KİV-in məlumatına görə, təşkilatın əməkdaşları nümayişçilərə yardım edib.

Samir

0