Hindistan Rusiya neftinin idxalını 10 dəfə artırıb - BBC

DÜNYA
20:44 / 11.05.2023
432

Hindistanın dövlət kreditoru "Bank of Barod"a görə, 2022-ci ildə Rusiya neftinin ölkəyə idxalı on dəfə artıb.

HİT.az BBC-yə istinadən xəbər verir ki, Asiyanın üçüncü böyük iqtisadiyyatı Rusiyadan xam neft alışını artırmaqla təxminən 5 milyard dollar (4 milyard funt-sterlinq) qənaət edib.

Qərb ölkələri Ukraynaya hücumdan sonra Rusiyadan enerji idxalını kəsdikcə, Moskva dünyanın üçüncü ən böyük neft idxalçıları olan Çin və Hindistan kimi ölkələrə aktiv şəkildə nefti endirimlə satır.

2021-ci ildə Rusiya nefti Hindistanın illik xam neft idxalının yalnız 2%-ni təşkil edib. "Bank of Barod"anın məlumatına görə, bu rəqəm indi demək olar ki, 20%-dir.

ABŞ və Avropanın təzyiqlərinə baxmayaraq, Hindistan Qərbin Rusiya idxalına tətbiq etdiyi sanksiyalara əməl etməkdən imtina edib. Həmçinin Yeni Dehli Rusiyanın Ukraynaya hücumunu açıq şəkildə pisləməyib.

Samir

0