İran şirkəti Ermənistanda keçid məntəqəsi tikəcək - 18.5 milyon avro...

DÜNYA
19:10 / 11.05.2023
517

Ermənistan-İran sərhədindəki Meğri keçid məntəqəsi İranın Tana Energy Management şirkəti tərəfindən yenidən qurulacaq.

HİT.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Ermənistan hökumətinin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə kredit proqramı çərçivəsində elan edilmiş müsabiqənin nəticələrinə cümə axşamı hökumətin iclasında yekun vurulub.

Şirkətin qiymət təklifi 18 milyon 495 min avro təşkil edib. İşlər üçün vəsaitin birinci tranşı ilin birinci yarısının sonuna qədər veriləcək.

Meqridəki gömrük evi Aİ-nin qrant vəsaitləri və Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına təmir edilir. Bundan əvvəl Aİ-nin vəsaiti Gürcüstanla sərhəddə üç sərhəd keçid məntəqəsinin - Baqrataşen, Bavra və Qoqavan-Privolnoe-nin modernləşdirilməsinə sərf edilib.

Samir

0