Ermənistan Dünya Bankından 92,3 milyon avro məbləğində kredit alacaq. Saziş layihəsi hökumətin iclasında təsdiqlənib. DB-nin vəsaitləri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (DB-nin bazara yaxın şərtlərlə daha az yoxsul ölkələrə kredit verilməsinə cavabdeh olan bölməsi) vasitəsilə veriləcək.
HİT.az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir.
Vəsaitlər bir sıra sahələrdə islahatlar aparılmaqla büdcə kəsirinin ödənilməsinə yönəldiləcək.
Birinci istiqamət ekologiya, bərpa olunan enerji və enerjiyə qənaət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, ikincisi insan resurslarının inkişafı (təhsil, insan hüquqlarının müdafiəsi), üçüncüsü ədliyyə sistemində, antikorrupsiya siyasətində islahatlar və s.
Büdcənin doldurulması üçün verilən kreditlər məqsədli deyil (konkret proqramlara yönəldilmir), onların məqsədi cari xərclərin (maaşların, pensiyaların, səhiyyəyə dövlət sifarişlərinin ödənilməsi və s.) maliyyələşdirilməsidir.
2023-cü ilin dövlət büdcəsi layihəsində büdcə kəsiri 2022-ci ildəki 2,5 faizlə müqayisədə ÜDM-in 3,1 faizi səviyyəsində müəyyən edilib. Təxminən 303 milyard dram (770 milyon dollardan bir qədər az) daxili mənbələrdən (erməni dramı ilə dövlət istiqrazları), xarici mənbələrdən isə mənfi 14 milyard (35 milyon dollar) cəlb edilməsi planlaşdırılır. Bu o deməkdir ki, respublika xarici kreditləri və xarici valyutada dövlət istiqrazlarını cəlb etdiyindən 35 milyon dollar çox qaytaracaq.
Samir