Türkiyədə həftəsonu keçiriləcək seçkilər yaxınlaşarkən, siyasi partiyalar arasındakı gərginlik davam edir.
HİT.az xəbər verir ki, İYİ Partiya ilə Demokratiya və Sıçrayış Partiyası (DEVA) arasında gərginlik yaşanıb.
Belə ki, İYİ Partiyanın sədri Meral Akşener DEVA sədri Əli Babacana qarşı çıxıb.
O, "Star" telekanalında qonaq olarkən, gündəm yaradan açıqlamalar verib. Akşener iqtidara gələcəklər təqdirdə, iqtisadiyyat nazirinin kim olacağı barədə danışıb:
"Əli Babacan da, mən də, digər partiya liderlərimiz də vitse-prezident olacağıq. Ümumiyyətlə, Babacan nazir deyil, vitse-prezident olacaq. İqtisadiyyat nazirimiz isə Bilge Yılmaz olacaq. Maliyyə nazirliyinin CHP-dən, iqtisadiyyat nazirliyinin isə İYİ Partiyadan olmasına qərar vermişik. Yəni bu planda Əli Babacan iqtisadiyyat naziri deyil".
Pərviz