\"ABŞ-ın seçkilərə müdaxilə edir\" - Süleyman Soylu

11:40 / 12.05.2023
380

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın ölkədəki seçkilərə müdaxilə etdiyini bildirib. 

HİT.az xəbər verir ki, nazir bu barədə "CNN Türk"ə müsahibəsində danışıb.

"ABŞ bu seçkilərə müdaxilə edir... Bunu artıq bu ölkədə hamı bilir, hətta ABŞ prezidentinin özü deyir. Məhərrəm İncəyə hücumun haradan gəldiyi bəllidir, haradan koordinasiya edildiyi aydındır. Bunu edən Amerikadır. Son günlər cənab Bayden Türkiyədəki adamlarını aktivləşdirib”, deyə nazir qeyd edib.

Süleyman Soylu daha əvvəl ABŞ-ı ölkə sərhədlərində terror dövləti yaratmağa çalışmaqda ittiham edib. Ötən il İstanbulda törədilən terror aktından sonra o, Ankaranın Vaşinqtonun başsağlığını qəbul etmədiyini bildirib.

Qeyd edək ki, ötən gün Məmləkət Partiyasının lideri Məhərrəm İncə namizədliyini geri götürdüyünü elan edib və indi üç siyasətçi prezidentlik uğrunda mübarizə aparacaq: hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, 7 müxalifət partiyasının namizədi Kamal Kılıçdaroğlu və Ata koalisiyasının namizədi Sinan Oğan.

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Əgər namizədlərdən heç biri 50% səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

Samir

0