Yaxın Şərqdə yeni müharibə başlayır? - ŞƏRH

DÜNYA
13:00 / 12.05.2023
894

İsraildə gərgilik yaşanmağa davam edir.

Belə ki, fələstinli radikalların Qəzza zolağından atdığı raket İsrailin paytaxtı Təl-Əvivdən 20 km cənub-qərbdə yerləşən Rehovot şəhərindəki yaşayış binasına düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Bunun ardınca isə Baş naziri Benyamin Netanyahu hərbi kəşfiyyat zabitləri ilə təcili olaraq əməliyyat müşavirəsi keçirib.

Maraqlıdır, İsrail yeni əməliyyatlara və ya müharibəyə başlaya bilər? Yaxın Şərqdə yeni müharibə başlaması ehtimalı nə dərəcə realdır?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, İsrail mütəmadi olaraq müxtəlif terrorçu qrupların hücumuna məruz qalır:

"Həmçinin, mütəmadi olaraq İsrail tərəfindən həm Suriyada, həm Livanda, həm də digər həmsərhəd ölkələrdə müxtəlif antiterror əməliyyatları keçirilir. Biz buna birbaşa olaraq müharibə deyə bilmərik. Çünki müharibə, hərbi əməliyyatlar və antiterror əməliyyatları ayrı-ayrı anlayışlardır. 

Çox təəssüflər olsun ki, Yaxın Şərqdə hələ də terror və günahsız insanların qurban olması davam edir. Əlbəttə ki, müxtəlif pseudo qrupların istifadəsi müasir beynəlxalq siyasətdə ayrı-ayrı beynəlxalq aktorların əsas alətinə çevrilib. Onlar, öz siyasətlərində bir-birinə qarşı geniş şəkildə hibrid və dolayı müharibələri həyata keçirirlər”.

Pərviz

0