COVID-19 vaksini peyvənd təqviminə daxil ediləcək?

DÜNYA
16:28 / 12.05.2023
556

"Hazırda beynəlxalq səviyyədə COVID-19-a qarşı peyvəndin peyvənd təqviminə daxil edilməsi planı yoxdur".

HİT.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu İmmunoprofilaktika üzrə Milli Texniki Ekspertlər Qrupunun rəhbəri Fedir Lapiy deyib.

Onun fikrincə, koronavirusun “Omikron” ştammı sələfindən daha az ölümcülliyə malikdir və xəstəliyin simptomları qripə bənzəyir. Bu baxımdan, epidemioloqlar gələcəkdə koronavirusun mövsümi xəstəliyə çeviriləcəyinə, ona qarşı immunizasiyanın isə illik xarakter alacağına inanırlar. Eyni zamanda, peyvəndlərin təqvimə əlavə edilməsi hazırda nəzərdə tutulmur.

Qeyd edək ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 koronavirusunun pandemiya statusunu ləğv edib. 

Samir

0