Astronomlar elan etdi: İndiyədək şahidi olduğunuz ən böyük kosmik partlayış baş verdi

DÜNYA
17:00 / 12.05.2023
604

Astronomlar indiyə qədər yaşanan ən böyük kosmik partlayışı qeydə alıblar.

HİT.az xəvər verir ki, bu barədə "Guardian" yazır.

Partlayış gecə səmada fövqəladə bir təkan olaraq başlayıb. Bununla belə, hadisəni daha yaxından izləyən astronomlar bunun indiyədək şahidlik edilən ən böyük kosmik partlayış olduğunu bəyan ediblər.

8 milyard işıq ili uzaqlıqda müşahidə edilən parlama hər hansı məlum fövqəlnovadan 10 dəfə daha parlaqdır.

Sautqempton Universitetinin astronomu Filip Viseman "Bunun Günəş sisteminin 100 qat böyüklüyündə və günəşin parlaqlığından təxminən 2 trilyon dəfə böyük bir atəş topu olduğunu təxmin etdik" deyib.

Viseman, "Üç il ərzində günəşin 10 milyard illik ömründə əldə etdiyi enerjidən təxminən 100 dəfə çox enerji buraxılıb", deyəəlavə edib.

Samir

0