Türk lirəsi bütün zamanların ən aşağı səviyyəsinə endi

18:20 / 12.05.2023
439

Türk lirəsi bir gün əvvəl dollar qarşısında tarixi minimuma enərək, 19,91 səviyyəsinə düşüb. 

HİT.az xəbər verir ki, bu barədə RBC beynəlxalq Forex bazarı üzrə ticarət məlumatlarına istinadən yazır.

Cümə günü Türkiyənin milli valyutası minimum dəyərinə yaxın ticarətini davam etdirib. Günorta saatlarına olan məlumata görə, dolların lirə qarşısında məzənnəsi əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 0,34% artaraq 19,6 lirə olub.

Ekspertlər türk valyutasının ABŞ dollarına qarşı yüksək volatilliyini prezident seçkilərinin nəticələri ilə bağlı artan narahatlıqla izah edirlər. Bazar hökumət dəyişikliyi ilə yarana biləcək qeyri-müəyyənlik və səlahiyyətlilərin gələcəkdə məzənnəni necə idarə edəcəyi ilə bağlı narahatlıqları əks etdirir. 

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. Ən yüksək vəzifə uğrunda mübarizədə qalib gəlmək üçün namizədin 50 faizdən çox səs toplaması lazımdır. Bu baş verməsə, ikinci tur mayın 28-də keçiriləcək.

Samir

1