Hulusi Akar səs verib: "Seçkilər demokratik mühitdə başa çatacaq"

DÜNYA
14:05 / 14.05.2023
362

Türkiyənin milli müdafiə naziri Hulusi Akar prezident və parlament seçkilərində səs verib.

“Report”un xəbərinə görə, o, Kayseridə səsvermə hüququndan istifadə edib.

O, jurnalistlərə açıqlamasında seçkilərin demokratik mühitdə başa çatacağına inamını ifadə edib: “Biz hər birimiz düşüncələrimizi bölüşüb, plan və layihələrimizi açıqlamışıq, vətəndaşlarımızla görüşmüşük. Vətəndaşlarımız bizi dinləyib. Bu gün onlar qərar verəcəklər”.

0