Lukaşenko virusa yoluxub, bir neçə qohumunda da aşkarlanıb - KİV

DÜNYA
16:03 / 14.05.2023
486

Belarus prezidenti Aleksandr Lukaşenko virusa yoluxub və bu virus artıq onun bir neçə qohumunda aşkarlanıb.

HİT.az xəbər verir ki, bu barədə Lukaşenkonun Bayraq və Gerb Gününün qeyd edilməsi mərasimində iştirak etməməsinə diqqət çəkən “Naşa Niva” nəşri yazıb. Mərasimə baş nazir Roman Qolovçenko başçılıq edib. 

"Prezidentin ətrafından daha bir neçə nəfər xəstələnib. Başa düşdüyümə görə, bu, virus xarakterli bir şeydir", deyə Lukaşenkonun protokol xidmətinə yaxın olan həmsöhbət nəşrə bildirib.

Qeyd edək ki, Moskvadakı paradda Lukaşenko xəstələnib. Onun yanına həkim briqadası çağırılıb, sonra evə göndərilib. Minskdə prezident axsayaraq jurnalistlərin qarşısına çıxıb. KİV onun mayın əvvəlindən demək olar ki, ictimaiyyət qarşısına çıxmadığını qeyd edib. Və bu yaxınlarda o, Drozdıdakı prezident klinikasına yollanıb.

Məlumata görə, Lukaşenkoda endokrin sistem və ürək xəstəliklərinə səbəb olan ciddi nasazlıq yaranıb. 

Samir

0