Payızda Ukraynada seçkilər olacaq?

DÜNYA
19:21 / 14.05.2023
376

Volodimir Zelenski deyib ki, Ukrayna parlamentinə dörd ildən bir keçirilən seçkilər 2023-cü ilin payızında keçirilməyə bilər.

Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə "The Washington Post"a müsahibəsində danışıb.

Ukraynada hərbi vəziyyət davam edərsə, seçkilər təxirə salınacaq. Eyni zamanda prezident etiraf edib ki, Şuraya seçkilər gündəmdə deyil: "Hərbi vəziyyət olmasa, deməli parlament seçkiləri olacaq". 

Qeyd edək ki, Ukraynada parlament seçkiləri 2023-cü il oktyabrın 29-da keçirilməlidir. Lakin hərbi vəziyyətin qüvvədə olduğu halda parlament seçkilərinin tarixi təxirə salına bilər.

Bir müddət əvvəl “Xalqın xidmətçisi” partiyasının rəhbəri Yelena Şulyak Ukraynada müharibənin 2023-cü ildə bitəcəyinə əmin olduğunu bildirib. O vurğulayıb ki, cəbhədəki vəziyyəti nəzərə alaraq seçkiləri indi proqnozlaşdırmaq düzgün deyil.

 

0