Ukrayna kəşfiyyatı Lukaşenkonun xəstə olduğunu təsdiqlədi

DÜNYA
19:25 / 15.05.2023
359

Ukrayna kəşfiyyatı Aleksandr Lukaşenkonun xəstə olduğunu təsdiqləyib.

HİT.Az Unian-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov telemarafonun efirində açıqlama verib.

"Bəli, diktatorun səhhətindəki problemlər barədə məlumatlar var, lakin biz təfərrüatlara varmayacağıq. Axı Putinin səhhəti ukraynalılar və bütün dünya üçün Lukaşenkonun səhhətindən qat-qat maraqlıdır", deyə o bildirir.

Xatırladaq ki, jurnalist Baço Korçilavanın fikrincə, Aleksandr Lukaşenko çox hiyləgər bir insandır, həmişə istənilən vəziyyətdən çıxmağa çalışır, daim hiyləgərlik edir.

Xatırladaq ki, KİV-in məlumatına görə, Lukaşenko virusa yoluxub. Artıq onun bir neçə qohumuna da eyni diaqnoz qoyulub.

Lukaşenkonun səhhətinin pisləşməsi ilə bağlı şayiələr mayın 9-da Moskvada keçirilən paraddan sonra yayılmağa başlayıb. Orada Lukaşenko çətinliklə hərəkət edib və tez evə qayıdıb.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Lukaşenkonun xəstələndiyini təsdiqləyib.

Həmçinin bildirilir ki, Lukaşenko Moskvadan olan professorlar tərəfindən müalicə olunur, onun ciddi problemləri var.

Samir

0