Reanimasiyaya yerləşdirilən Əməkdar artistin vəziyyəti necədir?

DÜNYA
17:01 / 15.05.2023
493

Əməkdar artist Elxan Qasımovun səhhəti stabil olaraq qalır.

Bu barədə HİT.az-a aktyorun qızı Kəmalə Qasımova deyib. O, Elxan Qasımovun sağlamlığına qovuşması üçün həkimlərin əlindən gələni etdiyini bildirib:

“Bu neçə gündə çox cüzi irəlləyişi var, müalicə prosesi gedir. Hələ reanimasiyadadır. Bütün ümidlərim Allahadır”.

Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Elxan qasımovun səhhətində problem yaranıb. Aktyor daxili qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azra

 

0