Vilnüs sammitindən sonra Ukraynanı nə gözləyir? - NATO-nun baş katibi açıqladı

DÜNYA
18:54 / 15.05.2023
578

NATO-nun baş katibi Yens Stoltenberq iyulda Vilnüsdə keçiriləcək sammitdə müttəfiqlərin Ukraynanın NATO-nun hərbi standartlarına yüksəlməsinə kömək etmək üçün çoxillik proqram üzrə razılığa gəlmələrini gözləyir.

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

O qeyd edib ki, bu, həm də Ukraynanın NATO üzvlüyünə doğru irəliləməsinə kömək edəcək:

"Gözləyirəm ki, biz çoxillik proqram üzərində razılaşacağıq və bu proqramda biz Ukraynaya sovet dövründən qalma standartlardan, doktrinalardan və avadanlıqlardan NATO standartlarına, doktrinalarına və avadanlıqlarına keçməyə və NATO ilə tam uyğunlaşmaya necə kömək edək”.

Qeyd edək ki, ötən ilin sentyabrında Ukrayna sürətləndirilmiş şəkildə NATO-ya üzv olmaq üçün ərizə verib. Mayın əvvəlində Kiyevə səfərindən sonra NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Ukraynanın üzvlüyü ilə bağlı razılığa gəldiyini açıqlayıb. Bununla belə, o qeyd edib ki, Ukrayna Rusiya Federasiyası ilə müharibədə qalib gəlməsə, Alyansa üzvlükdən danışmaq mənasızdır.

Prezident Volodimir Zelenski də qeyd edib ki, Ukrayna müharibə zamanı NATO-ya daxil ola bilməz. Eyni zamanda o, bəyan edib ki, yalnız Stoltenberq qərarı versəydi, Ukrayna artıq Alyansda olardı.

Aprelin əvvəlində məlum olub ki, Zelenski NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə dəvət olunub.

Samir

0