İkinci turda kim qalib gələcək? - SORĞU 

DÜNYA
10:54 / 16.05.2023
392

Türkiyədə 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı sorğu keçirilib.

HİT.az xəbər verir ki, ASAL Araşdırma Şirkəti tərəfindən 26 vilayətdə keçirilən sorğuda 2017 nəfər iştirak edib.

Respondentlərdən ikinci turda hansı namizədə səs verəcəkləri soruşulub. Sorğuda iştirak edənlərin 52,3 faizi Rəcəb Tayyib Ərdoğana, 47,7 faizi isə Kamal Kılıçdaroğluna səs verəcəyini deyib. 

Qeyd edək ki, ASAL Araşdırma Şirkəti 14 mayda keçirilən prezident və parlament seçkiləri ilə bağlı yayımladığı sorğuda nəticələri doğru təxmin edə bilmişdi.

Pərviz

0