Türkiyədə parlament seçkilərindən sonra maraqlı faktlar - ARAŞDIRMA

DÜNYA
13:24 / 16.05.2023
663

14 mayda Türkiyədə keçirilən parlament seçkilərindən sonra deputat sayları yenilənib.

HİT.az xəbər verir ki, seçkilərdən sonra “Cümhur İttifaqı” üstünlüyə sahib olub.

28-ci dönəmdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) 267, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, Yaşıl Sol Partiyası (YSP) 61, Milliyətçi Hərakat Partiyası (MHP) 50, İYİ Partiya 44, Yenidən Rifah Partiyası (YRP) 5, Türkiyə Fəhlə Partiyası (TİP) 4 deputat ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunacaq. 

Parlament seçkilərindən sonra bəzi məqamlar da diqqət çəkib. Belə ki, Türkiyə tarixində ilk dəfə parlamentdə 10 partiya təmsil olunacaq. Yəni bəzi partiyaların deputatları AKP və CHP listələrindən seçilib. Parlamentin 28-ci dönəmində 600 millət vəkilindən 121-i qadın olacaq. Bu isə qadın deputat sayının ən yüksək olduğu dönəm olaraq tarixə keçib. Başqa sözlə, deputatların 20,1 faizi xanımlar olacaq.

Ən çox qadın deputat 50 nəfərlə AKP-dən seçilib. Siyahını Yaşıl Sol Partiyası (30), CHP (30), İYİ Parti (6), MHP (4) və TİP (1) davam etdirib. Deputatlarının ümumi sayına görə ən çox qadın deputat isə Yaşıl Sol Partiyasından seçilib. Belə ki, partiyanın 61 deputatının 30-u qadın olub. Bu isə 49 faizlə ən yüksək göstəricidir. 

Türkiyənin 31 vilayətindənisə qadın deputat seçilməyib. Həmin yerlər Adıyaman, Ağsaray, Amasya, Ardahan, Artvin, Bayburt, Biləcik, Bingöl, Bolu, Burdur, Çanaqqala, Çorum, Elazığ, Ərzincan, Gümüşhane, İğdır, Karabük, Karaman, Qırıqqala, Kırklareli, Qırşəhər, Kilis, Kütahya, Niğdə, Ordu, Rizə, Sinop, Tokat, Uşak, Yozqat və Zonquldak olub.

Parlamentin ən gənc deputatları da qadınlardan seçilib. Onlar, 25 yaşında Ankaradan seçilən Zəhranur Aydəmir və İstanbuldan seçilən 27 yaşlı Rümeysa Kadakdır. Hər iki deputat da AKP-ni təmsil edir.

Pərviz

0