Cənubi Kipr AB-nin təzyiqi ilə ruslara satılan “Qızıl pasport"ları ləğv edir

DÜNYA
14:51 / 16.05.2023
402

Cənubi Kipr administrasiyasının zəngin ruslara yüksək məbləğlər müqabilində verdiyi “Qızıl pasport"lar Avropa Birliyinin (AB) təzyiqləri nəticəsində ləğv edilir.

HİT.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ukrayna-Rusiya müharibəsi səbəbiylə AB-nin sanksiya siyahısına daxil edilən Rusiya vətəndaşlarına Cənubi Kipr tərəfindən verilən 40-a yaxın “Qızıl pasport” ləğv edilib.

AB Komissiyası Cənubi Kiprin 2020-ci ildən bəri Rusiya vətəndaşlarına pasport verməsi, onlara ticarət qalxanı və Avropada sərbəst hərəkət etməsi ilə bağlı tez-tez etiraz edib və Lefkoşaya bu barədə xəbərdarlıq edilib.

Ukrayna-Rusiya müharibəsindən dərhal sonra AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Cənubi Kipr administrasiyasındakı banklar tərəfindən 10 minə yaxın Rusiya vətəndaşının hesabları dondurulub və Cənubi Kipr rəhbərliyi “Qızıl pasport” məsələsinə görə AB-nin təzyiqləri ilə üzləşib. 

Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarının Birliyin sərbəst ticarət, gömrük imkanları və sərbəst hərəkət hüquqlarından faydalanmaq üçün pul verərək əldə etdikləri pasportlara “Qızıl pasport"lıar deyilir.

“Qızıl pasport” tətbiqi 2020-ci ildə Cənubi Kiprdə korrupsiya iddialarına səbəb olduğu üçün dayandırılıb, lakin bundan əvvəl təxminən 3 mini Rusiya vətəndaşı olan 6 min adamın Cənubi Kiprdən pasport aldığı müəyyən edilib.

Cənubi Kipr rəhbərliyinin 2016-cı ildə Malayziyada korrupsiya araşdırması səbəbilə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən iş adamı Lov Taek Joya arxiyepiskop Xrisostomos tərəfindən 300 min avroluq arayış məktubu ilə pasport verməsi sərt tənqidlərə səbəb olub. 

Cənubi Kipr və Malta, "Qızıl pasport" tətbiqini sistemli gəlirə çevirdikləri və problemli iş adamlarına pasport təmin etdikləri üçün AB tərəfindən tənqid və xəbərdarlıqlarla qarşılanır.

Malta bildirib ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiya və Belarus vətəndaşları üçün rezidentlik və vətəndaşlıq proqramını növbəti xəbərdarlığa qədər dayandırıb.

Qərarın investisiya yolu ilə vətəndaşlıq əldə etmə proqramı istisna olmaqla, yaşayış icazəsi üçün də etibarlı olduğu açıqlanıb.

Malta 2014-cü ildən bəri Avropa İttifaqı (Aİ) daxilində mübahisələrə səbəb olsa da, hökumət fondlarına sərmayə qoymaq müqabilində əcnəbilərə vətəndaşlıq və Malta pasportu verir.

Samir

0