Ukraynanın əks-hücum hazırlığı fonunda NATO baş katibinin müavini Mirça Joan Çinə Kremlə hərbi yardım göstərməklə bağlı xəbərdarlıq edib.
HİT.az xəbər verir ki, o bu barədə “Amerikanın Səsi” radiosuna danışıb.
“Biz hələ ki, Çinin Rusiya Federasiyasına silah tədarük etdiyinə dair əlamətlər görməmişik, lakin bilirik ki, bu cür müzakirələr gedir. Bu, Çin üçün çox ciddi qərarı olacaq. Təkcə bizimlə münasibətlərə deyil, həm də dünya ilə münasibətlərdəki reputasiyaya təsir edəcək", deyə baş katib müavini bildirib.
Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyən Joan bildirib ki, Rusiya Ukrayna və Gürcüstan kimi ölkələrin gələcəyinə veto qoymaq hüququna malik olmamalıdır: "Əsas nəticə ondan ibarətdir ki, mənim ölkəmlə bağlı verdiyim qərarla Rusiyanın heç bir əlaqəsi olmamalıdır. Mənim harada və necə yaşamaq istədiyim barədə qərarı xalqım, seçilmiş liderlərimin verməlidir".
"Sahəsi 17 milyon kvadrat kilometrdən çox olan və 11 saat qurşağını əhatə edən Rusiya Federasiyası heç vaxt NATO tərəfindən əhatə dairəsinə alınmayacaq və Rusiya hakimiyyətinin bu cür bəyanatlarını təbliğatdan başqa bir şery deyil", deyə NATO rəsmisi bildirib.
Samir