"Vaqner" amerikalı əsgəri öldürdü - ŞOK

DÜNYA
10:57 / 17.05.2023
850

Rusiya-Ukrayna müharibəsi davam edərkən, şok bir iddia gündəmi alt-üst edib.

HİT.az xəbər verir ki, "Vaqner" özəl hərbi şirkəti tərəfindən Baxmutda ABŞ vətəndaşının öldürüldüyü önə sürülüb.

Bunu rusiyalı jurnalist Aleksandr Simyonov deyib. O, "Telegram"da "Vaqner"in qurucusu Yevgeni Priqojinin naməlum bir cəsədi incələdiyi videonu paylaşıb.

Priqojinin videoda dediyi sözlər isə xüsusilə diqqət çəkib:

"Bu, amerikalı əsgər Nikolasdır. Onu ABŞ-a təslim edəcəyik. Onu bir tabuta qoyacağıq, ABŞ bayrağı ilə örtəcəyik. Çünki bu əsgər baba kimi yataqda ölmədi və böyük ehtimalla qürurlu bir şəkildə öldü".

"Vaqner" rəhbəri onun atışmada öldüyünü qeyd edib. 

ABŞ Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib:
"Bir ABŞ vətəndaşının Baxmutda öldüyünə dair xəbərləri görmüşük, amma əlavə məlumatları axtarırıq. Hazırda onun kimliyini müəyyən etmək imkanlarımız çox azdır".

Pərviz

0