Məmləkət Partiyası ikinci turda kimi dəstəkləyəcək? - QƏRAR

12:03 / 17.05.2023
639


Türkiyədə prezident seçkilərinin ikinci turundan öncə partiyaların hansı namizədi dəstəkləyəcəyi də maraqla gözlənilir.

HİT.az xəbər verir ki, Məmləkət Partiyasının da bu barədəki qərarı məlum olub.

Belə ki, Məmləkət Partiyasının qərargahında 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı iclas keçirilib. 4 saat yarım davam edən iclasda Rəcəb Tayyib Ərdoğan və ya Kamal Kılıçdaroğluna açıq şəkildə dəstək verilməməsi barədə qərar qəbul olunub. Qərarın Məmləkət Partiyasına səs verən seçicilərin ixtiyarına buraxıldığı vurğulanıb. 

Bu isə ekspertlər tərəfindən Mühərrəm İncənin Cümhuriyyət Xalq Partiyasına (CHP) olan incikliyinin keçdiyi kimi dəyərləndirilib.

Pərviz

 

0