Ermənistanda dövlət büdcəsindən 1,5 milyon dollar oğurlayan şəxslər saxlanıldı

DÜNYA
13:18 / 17.05.2023
658

Ermənistanda saxta sxemlərlə dövlət büdcəsindən 558 milyon 200 min dram (1,5 milyon dollar) oğurlayan iki nəfər həbs edilib.

HİT.az "Sputnik Ermənistan"a idtinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar G.N. və H.K. 2022-ci ilin iyun-iyul aylarında hüquqi əhəmiyyət kəsb edən rəsmi sənədləri saxtalaşdıraraq, saxta möhürlər vuraraq, onların köməyilə həmin məbləği dələduzluq yolu ilə mənimsəyərək əvvəlcədən yaradılmış şirkətlərin bank hesablarına keçirərək nağdlaşdırıblar.

Prokurorun qərarı ilə 2023-cü il mayın 8-də Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslər saxlanılıb və daha sonra məhkəmənin qərarı ilə həbs ediliblər. 

Samir

 

0