İranla "Qazprom" arasında "40 milyard dollarlıq danışıqlar" gedir

DÜNYA
21:50 / 17.05.2023
512

İranın neft naziri Cavad Ouci bildirib ki, "Qazprom"la 40 milyard dollarlıq memorandum çərçivəsində danışıqlar hələ də davam edir. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Rusiyanın "Qazprom" şirkəti ilə 40 milyard dollarlıq anlaşma memorandumu var. Bu razılaşmaların bəziləri artıq real müqavilələrə çevrilir, bu layihələr üzrə danışıqlar prosesi hələ də davam edir", deyə nazir bildirib.

İran Milli Neft Şirkəti (NIOC) və “Qazprom” 2022-ci ilin iyulunda Kiş və Şimali Pars qaz yataqlarının, 6 neft yatağının işlənməsinə, eləcə də Cənubi Pars yatağında təzyiqin saxlanılmasına yardımı nəzərdə tutan memorandum imzalayıb. Bundan başqa, sənəd təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarını, LNG layihələrinin həyata keçirilməsini, ixrac qaz kəmərlərinin tikintisini əhatə edir. İranın "Shana" agentliyi şirkətlər arasında potensial sövdələşmənin həcminin 40 milyard dollar olduğunu bildirib.

Samir

0