Çin ölkədə yerləşən xarici nümayəndəliklərə və beynəlxalq təşkilatların ofislərinə beynəlxalq diplomatik müqavilələrə riayət etmələrinin zəruriliyini xatırladıb.
HİT.az TASS-a istinadən xəbər verir ki, Pekindəki bəzi xarici səfirliklərin qarşısında Ukraynaya dəstək nümayiş etdirən reklam lövhələrinə münasibət bildirən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin “Çin bütün səfirlikləri və bütün beynəlxalq təşkilatların nümayəndəliklərini Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əməl etməyə və bu konvensiyaya uyğun fəaliyyət göstərməyə çağırır", deyib.
Vanq Çindəki bütün xarici diplomatik missiya və təşkilatları ölkə qanunlarına hörmət etməyə çağırıb.
Samir