BMT-dən xəbərdarlıq: Rekord istilər, sağlamlıq, qida, su və ekoloji problemlər olacaq

DÜNYA
20:25 / 17.05.2023
637

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2023-2027-ci illərdə dünyada rekord hava istiliyinin müşahidə oluna biləcəyini açıqlayıb.

Poliqon xəbər verir ki, Ümumdünya Mühafizə Təşkilatının hesabatında istixana qazı emissiyalarının və El Nino hava hadisəsinin havanın temperaturunu daha da artırdığı bildirilib.

Hesabatda 2023-2027-ci illərdən ən azı birinin ən isti il olacağı və 5 ilin hamısının qlobal temperaturun rekord səviyyələrə çatdığı dövr olma ehtimalının 98% olduğu bildirilib.

66 faiz ehtimalla illik orta səthə yaxın hava istiliyinin sənaye inqilabından əvvəl ən azı 1,5 dərəcə yüksək olacağı qeyd edilən hesabatda qlobal hava istiliyinin 2027-ci ilə qədər rekord səviyyələrə çata biləcəyi xəbərdarlığı edilib.

Hesabatda havanın temperaturunun dünyanın müxtəlif yerlərində yağışlara təsir göstərə biləcəyi və yağışların regional miqyasda artıb azala biləcəyi qeyd olunub.

Bildirilib ki, istixana qazı emissiyaları okeanların istiləşməsinə və turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə də səbəb olur.

Hesabatda ifadələri yer alan Ümumdünya Ticarət Təşkilatının baş katibi Petteri Taalas qeyd edib ki, rekord temperaturlar sağlamlıq, qida təhlükəsizliyi, su idarəçiliyi və ətraf mühit üçün geniş nəticələrə səbəb olacaq.

Taalas bu nəticələrə hazır olmaq barədə xəbərdarlıq edib.

Samir

0