Türkiyədə prezident seçkilərinin ikinci tura qalmasının ardından partiyaların hansı namizədi dəstəkləyəcəyi məlum olmağa davam edir.
HİT.az xəbər verir ki, Vətən Partiyasının da mövqeyini açıqlayıb.
Partiyanın sədri Doğu Perinçek seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğana dəstək verəcəklərini açıqlayıb:
"Var olan iki variant qarşısında tərəfsiz qalmaq imperializmə xidmət edər. Prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ABŞ və İsrailin Türkiyəni hədəf alan layihəsidir. O, PKK və FETÖ terroq qruplaşmaları ilə də işbirliyi edir. Kılıçdaroğlu həm milli dövlətin və türk ordusunun ləğvi, həm qlobal maliyyə mərkəzlərinin əsarəti olmaq və ölkəni çökdürmək, həm də 15 iyulun qisasını almaq və xaos yaratmaq proqramının namizədidir.
Biz isə xalqımızı 28 mayda keçiriləcək seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə çağırırıq. Çünki Ərdoğan düşmənlə dost arasındakı düzgün siyasət apara bilir. Onun siyasəti və iqtisadiyyatı Qərbin imperialist planlarının hədəfindədir. Ərdoğan isə bu mənada Türkiyə cəbhəsindədir".
Pərviz