Rusiya-İran hərbi əməkdaşlığına qarşı yeni qanun layihəsi

DÜNYA
13:23 / 18.05.2023
604

ABŞ senatoru Ted Kruz sanksiyalar tətbiq etməklə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığa qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təqdim etmək niyyətindədir. 

HİT.az xəbər verir ki, senator bu barədə çərşənbə günü Vaşinqtondakı Hudson İnstitutunda çıxışı zamanı deyib.

"Rusiya və İran arasında əməkdaşlıq genişmiqyaslıdır və dərinləşir. ABŞ prezidenti Co Bayden administrasiyası buna qarşı durmağa belə cəhd etmir", deyə senator bildirib.

"Buna görə də mən Bayden administrasiyasını tərəfindən bir sıra cəbhələrdə İran və Rusiya arasında əməkdaşlığa qarşı çıxmağa məcbur edən qanun layihəsinin dəstəklənməsi üçün çalışıram", deyə Kruz əlavə edib.

O izah edib ki, qanunvericilik təşəbbüsü Rusiya və İranın hərbi-texniki əməkdaşlıqda istifadə etdiyi iddia edilən "banklara, neft tankerlərinə, təyyarələrə, hava limanlarına, gəmilərə və tərsanələrə qarşı Ukraynaya aid mövcud sanksiyaların tətbiqini" nəzərdə tutur.

Bundan əlavə, senator edib ki, bu qanun layihəsi İranın xaricdəki milyardlarla dollarını bloklamaq məqsədi daşıyır. Kruzun sözlərinə görə, məsələ ondadır ki, “atomla bağlı daha bir sövdələşmə” bağlanacağı təqdirdə Tehran bu vəsaitlərə çıxış əldə etməyəcək.

Samir

0