Suriyada Bəşər Əsəd rejimi ilə normallaşma siyasətinə qarşı çıxan ABŞ-ın Omanda Əsəd administrasiyası ilə gizli görüş keçirdiyi iddia edilib.
HİT.az xəbər verir ki, Ərəb Liqasının diplomatik mənbələrinə istinadən edən Böyük Britaniyanın “The Cradle News” internet saytının xəbərinə görə, Omanın paytaxtı Maskatda keçirilən danışıqlarda hər iki ölkənin təhlükəsizlik rəsmiləri və xarici işlər nümayəndələri iştirak edib.
Danışıqlar zamanı ABŞ tərəfinin 2012-ci ildə Dəməşqdə yoxa çıxan amerikalı jurnalist Ostin Ticenin Suriya ordusunun əlində saxlandığına dair məlumatlara malik olduğunu irəli sürdüyü, lakin rəsmi Dəməşqin bu iddiaları təkzib etdiyi vurğulanıb.
Qeyd edək ki, Suriyanın Ərəb Liqasına geri dönməsinə qarşı çıxan Vaşinqton Türkiyənin Rusiya və İranın da iştirakı ilə Əsəd administrasiyası ilə apardığı danışıqlarla bağlı açıqlamasında Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacağını bildirib.
Samir