Kılıçdaroğlu namizədlikdən çəkilir? - ŞOK İDDİA

DÜNYA
14:37 / 18.05.2023
975

Türkiyədə prezident seçkilərinin ikinci turu öncəsində Kamal Kılıçdaroğlunun namizədlikdən çəkilə biləcəyi iddia olunub.

HİT.az xəbər verir ki, bunu Rusiya mediası yazıb.

Rusiyanın "SİLOVİKİ" adlı məşhur "Telegram" kanalı "Millət İttifaqı"nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun prezidentlik mübarizəsindən çəkiləcəyini önə sürüb. Hətta "Millət İttifaqı"nın ikinci turda İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu namizəd göstərəcəyi iddia olunub.

Kanal gündəm yaradan xəbəri bu sözlərlə paylaşıb:

"Kılıçdaroğlunun seçkilərdəki uğursuzluğu CHP daxilində parçalanmağa səbəb olub. Həmçinin, müxalifət partiyaları arasında da fikir ayrılıqları meydana gəlib. Müxalifət liderləri seçkilərdəki uğursuzluğun səbəbinin Kamal Kılıçdaroğlu ilə bağlı olduğunu düşünürlər".

Xəbərdə qeyd olunub ki, Kılıçdaroğlunun uğursuzluğu ABŞ tərəfindən də yaxından izlənilir. Onu da əlavə edək ki, 28 mayda Rəcəb Tayyib Ərdoğanın qazanacağı təqdirdə, CHP-də böyük dəyişikliklər olacağı vurğulanıb. 

Rəsmi  Vaşinqtonun bu halda, Kamal Kılıçdaroğlu yerinə Əkrəm İmamoğlunu CHP sədri kimi görmək istədiyi qeyd olunub. Bununla yanaşı, Rusiya kəşfiyyatının məlumatlarına əsasən, İmamoğlunun 5 il sonra keçirilək prezident seçkilərində müxalifətin əsas namizədi olacağı diqqətə çatdırılıb.

Pərviz

0