Rusiyada son 30 ilin ən böyük işçi çatışmazlığı yaşanır

DÜNYA
19:10 / 18.05.2023
380

Rusiya prezident Vladimir Putinin hakimiyyətə gəlişindən bəri ən pis işçi çatışmazlığını yaşayır.

HİT.az “Politico”ya istinadən xəbər verir ki, bunu Yeqor Qaydar adına Rusiya İqtisadi Siyasət İnstitutunun hər ay ölkədə 1000-ə yaxın sənaye müəssisəsinin rəhbərləri arasında sorğu keçirdiyi sorğunun nəticələri sübut edir.

Apreldə aparılan sorğu göstərib ki, müəssisələrin 35%-də işçi çatışmazlığı var. İnstitutdan bildirilib ki, bu, 1996-cı ildən bəri ən yüksək göstəricidir. Çatışmazlıq qismən Rusiya əhalisinin ötən ilin sentyabrında başlayan səfərbərliyi ilə bağlıdır.

Bu məlumatı Keçid İqtisadiyyatı İnstitutunun “Real sektor” elmi istiqamətinin konyuktur tədqiqatlar laboratoriyasının rəhbəri Serhi Tsuxlo da təsdiqləyərək, ölkədə kadr çatışmazlığının “dərin və uzunmüddətli problem” olduğunu bildirib. Bu, ölkənin sənaye artımını ləngidir.

Tsuxlonun sözlərinə görə, kəsir ən çox yüngül sənaye və maşınqayırmada hiss olunur. 

Samir

0