Estoniya Təhlükəsizlik Polisi bəyan edir ki, ölkə Rusiya xüsusi xidmət orqanlarının rezidenturasını tamamilə ləğv edib.
HİT.az ERR dövlət televiziya və radiostansiyasına istinadən xəbər verir ki, bunu idarənin təyin olunmuş rəhbəri Marqot Palloson deyib.
“Rusiya xüsusi xidmət orqanlarının rezidentliyi Estoniyadan çıxarılıb, bizim Rusiya Federasiyasının kəşfiyyat rezidenturamız yoxdur”, deyə Palloson bildirib.
Onun sözlərinə görə, xüsusi xidmət orqanlarının fəaliyyəti baxımından ən böyük təhlükə Estoniya sakinlərinin Rusiyaya səfərindən qaynaqlanır: “Əlbəttə ki, işə qəbulun çox hissəsi Rusiya Federasiyasının ərazisində baş verir".
Qeyd edək ki, Estoniyada 15 il ərzində Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə 20 nəfər məhkum edilib.
Samir