Türkiyədə 28 mayda keçiriləcək prezident seçkiləri öncəsi namizədlər yeni həmlələr etməyə davam edir.
HİT.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turu ilə bağlı tapşırıq verib.
O, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edərkən bu məsələyə toxunub. Prezident vətəndaşların könlünün alınması barədə göstəriş verib:
"Qarşımızda çox az bir zaman var. Səslərimizin azaldığı bölgələrdəki üz-üzə görüşləri artırın. Seçicilər nəy əsəbiləşibsə, onu tapın və həll edin. Nə edirsiniz, edin vətəndaşların könlünü alın. İlk turda böyük fərq olmasına görə də arxayın olmayın".
Ərdoğan xüsusilə Ankara və İstanbulda səslərin artırılması üçün çalışmaların sürətləndirmək lazım olduğunu vurğulayıb.
Pərviz