"Altılı masa"nın son toplantısından olay iddia: "Çəkilək"

DÜNYA
12:54 / 19.05.2023
645

Türkiyədə 14 mayda keçirilən seçkilərin ardından "Millət İttifaqı" liderləri arasında təcili toplantı keçirildib.

HİT.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahında keçirilən toplantı 2,5 saat davam edib.

Toplantı ilə bağlı bir iddia isə gündəmi alt-üst edib. Belə ki, Demokrat Partiyasının sədri Gültəkin Uysalın şok bir təklif verdiyi önə sürülüb. İddiaya əsasən, o, tez-tez "7 köməkçili Prezident olar?" deyib.

Bunu məşhur jurnalist Talat Atilla bildirib.

Gültəkin Uysalın ikinci tur öncəsi Kamal Kılıçdaroğlunun mövqeyini gücləndirmək üçün bütün liderlərə iddialı olduqları vitse-prezident vəzifəsindən çəkilməyi təklif etdiyi də qeyd olunur. Digər liderlərin isə bunu müzakirə etməyərək, başqa məsələləri gündəmə gətirdikləri deyilir.

Qeyd edək ki, gündəmi zəbt edən iddia ilə bağlı heç bir lider tərəfindən münasibət bildirilməyib.

Pərviz

0