G7 ölkələri Rusiyaya ixraca tam qadağa tətbiq etməkdən imtina etdi - "Bloomberg"

DÜNYA
14:22 / 19.05.2023
619

G7 ölkələri Rusiyaya ixraca tam qadağa tətbiq etməkdən imtina edərək, alternativ olaraq tədarükdə mövcud məhdudiyyətləri genişləndirmək qərarını qəbul ediblər.

HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, G7 liderlərinin Xirosima sammitində qəbul edəcəyi bəyanat layihəsində dərman, kənd təsərrüfatı məhsulları və ərzaqdan başqa hər hansı ixracı qadağan edən bənd yoxdur.

Embarqo əvəzinə G7 Rusiyanın hərbi maşını üçün mühüm əhəmiyyət kəsb edən qadağan olunmuş malların siyahısını genişləndirəcək. Söhbət sənaye istehsalı, tikinti, nəqliyyat və biznes xidmətləri üçün sənaye avadanlıqları, elektrotexnika və digər mallardan gedir.

Rusiya Federasiyasında mövcud rejimə görə, sanksiyalara məruz qalanlar istisna olmaqla, bütün malların ixracına icazə verilir.

G7 ölkələrinin əsas diqqəti mövcud sanksiyalardakı boşluqların aradan qaldırılmasına və Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrə təzyiqlərə yönələcək.

Qeyd edi ki, aprelin sonunda Ukraynanın bəzi əsas müttəfiqlərinin, o cümlədən ABŞ-ın Rusiyaya ixracın əksəriyyətinə tam qadağa qoymağı düşündüyü barədə məlumatlar ortaya çıxıb. Bildirilib ki, bu, Rusiya Federasiyasının başlatdığı müharibə ilə əlaqədar iqtisadi təzyiqin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Bu fikir bəzi ölkələrin Rusiyaya böyük həcmdə mal ixracını davam etdirməsi ilə bağlıdır.

Avropa İttifaqı yaxın vaxtlarda Rusiyaya qarşı 11-ci sanksiyalar paketini qəbul etməyi planlaşdırır. Onun Rusiya qazının boru kəmərləri ilə Avropaya nəqlini qadağan edəcəyi gözlənilir. 

Samir

0