Avropa İttifaqı Çini Rusiyaya müharibəni dayandırmaq üçün təzyiq etməyə çağırıb.
HİT.az CNN-ə istinadən yazır ki, bunu Aİ Şurasının prezidenti Şarl Mişel G7-nin Xirosimada keçirilən sammiti zamanı deyib.
Onun sözlərinə görə, onlar Çinlə sabit və konstruktiv münasibətlərdə maraqlıdırlar, lakin öz dəyərlərində möhkəm dayanacaqlar və maraqlarını irəli sürəcəklər.
Mişel qlobal problemlərin həlli üçün Çinlə əlaqə saxlamağın zəruriliyini vurğulayıb: iqlim dəyişikliyi, təbii ehtiyatların qorunması, biomüxtəliflik, beynəlxalq ictimaiyyətdəki rolu və sürətlə inkişaf edən iqtisadiyyatı nəzərə alınmaqla borcun davamlılığı.
"Çin dünyada xüsusi məsuliyyət daşıyır. O, beynəlxalq qaydalarla oynamalıdır. Və biz Çini Rusiyaya hərbi təcavüzünü dayandırmaq üçün təzyiq göstərməyə çağırırıq", deyə Mişel əlavə edib.
O, həmçinin bildirib ki, Aİ demokratik cəmiyyətlərə xələl gətirəcək müdaxilələrə dözməyəcək. Onun sözlərinə görə, Avropa İttifaqı Çindən “həddindən artıq asılılığın” azaldılması, şirkətlər və işçilər üçün həqiqətən şərait yaradılması üzərində işləyəcək.
Eyni zamanda Mişel blokun Tayvanla bağlı “vahid Çin siyasəti”nə sadiqliyini təsdiqləyib.
Samir