Türkiyənin daxili işlər naziri Süleyman Soylu İsveç hökumətini ölkədə keçirilən prezident seçkilərinə müdaxilə cəhdində ittiham edib.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, Stokholm seçki komissiyasına və müşahidəçilərə təzyiq göstərən assosiasiyaya sponsorluq edir.
"Siyasi partiyaların seçki məntəqələrində nümayəndələri və müşahidəçiləri ola bilər. Orada “Oy ve Ötesi” adlı birlik ola bilməz. Bu qədər aydın və dəqiqdir. Oraya girib terror edir, təzyiq göstərməyə çalışırlar. Buna yol verilməməlidir. Bunu Türkiyənin hər yerində səs verilən məktəblərin idarəçilərinə, mahal və əyalət seçki komissiyalarına deyirəm. Onların ora girib səs verən insanlara təzyiq göstərməsi seçki qanunvericiliyinə ziddir. Polisə təzyiq edib deyirlər ki, biz bu qutularla birlikdə gedəcəyik. Siz Gezicisiniz, sizi tanıyırıq. Siz seçkini qarışdırmaq üçün oradasınız. Bu “Oy ve Ötesi” dərnəyi İsveç dövləti tərəfindən maliyyələşdirilir. Pul göndərirlər, niyə? Türkiyədə seçkiləri qarışdırmaq üçün... Bu qədər aydın və dəqiqdir", deyə soylu bildirib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin birinci turunda səslərin 49,24 faizini, onun yeddi müxalifət partiyasından olan rəqibi Kamal Kılıçdaroğlu isə 45,07 faiz səs toplayıb. Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib. Burda qalib gəlmək üçün namizədə sadə səs çoxluğu lazımdır.
Samir