Amerika Birləşmiş Ştatları Ukraynanı müasir F-16 qırıcıları ilə təmin etməyi prioritet hesab edir. Dövlətlər qarşıdakı aylarda bu məqsədə doğru çalışacaqlar.
HİT.az xəbər verir ki, bunu mayın 22-də keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Prezident Bayden açıq şəkildə bildirdi ki, biz Ukrayna hərbçilərinə F-16-ların uçması üçün təlimlərə başlayacağıq və müttəfiqlərimiz və tərəfdaşlarımızla Ukraynanı F-16 qırıcıları ilə təmin etmək üçün çalışacağıq”, deyə o qeyd edib.
Eyni zamanda Miller əlavə edib ki, onun “nə vaxt və necə olacağı, hansı ölkələrdən gələcəkləri” barədə məlumat yoxdur.
"Lakin F-16-nın təmin edilməsi bizim prioritetimizdir və biz onu yaxın aylarda tətbiq etməyə başlayacağıq", deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.
Samir