Viktor Orban: "Ukrayna qələbə qazana bilməyəcək"

DÜNYA
17:30 / 23.05.2023
417

Macarıstanın baş naziri Viktor Orban Dohada keçirilən Qətər İqtisadi Forumunda ictimai müzakirələrdə bildirib ki, Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək. 

HİT.az TASS-a istinadən xəbər verir ki, NATO-nun Ukraynaya Alyans qoşunlarını yerləşdirmək istəmədiyini deyən baş nazir mümkün qədər tez sülh yolu ilə nizamlanmaya çağırış edib.

"Əgər hadisələrin reallıqda necə olduğuna, rəqəmlərə, ümumilikdə vəziyyətə və NATO-nun qoşun göndərməkdən çəkindiyinə baxsanız, aydın görəcəksiniz ki, ukraynalılar döyüş meydanında qələbə qazana bilməyəcəklər”, deyə Orban bildirib.

Orbanın Dohadakı çıxışı forumun moderatoru ilə müsahibəyə çevrilib və Macarıstan hökumətinin "Facebook" səhifəsində canlı yayımlanıb. Ukraynadakı münaqişə ilə bağlı suala cavab verən Macarıstanın baş naziri Budapeştin münaqişənin başlanğıcından sülh yolu ilə həllə tərəfdar olduğunu və ardıcıl olaraq dərhal atəşkəsə çağırdığını bir daha vurğulayıb: "İnsanların həyatını necə xilas edəcəyimizi düşünməliyik. Bu, mənim mövqeyimdir".

Samir

0